Bakı. Trend:
Hindistanın şimalında leysanın səbəb olduğu dağıntılar nəticəsində azı 66 nəfər ölüb.
Trend xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb.
Qeyd edək ki, Hindistanın şimalındakı Himçal-Pradeş və Uttarxand ştatları avqustun 13-ü və 14-də güclü yağışlara məruz qalıb. Güclü yağış torpaq sürüşməsinə və evlərin dağılmasına səbəb olub.
Meteoroloqlar avqustun 19-dək rayonda yağışlı hava şəraitinin olacağını proqnozlaşdırırlar.