...

Türkiyənin İzmir limanı 900-dən çox gəmi qəbul edib

Dünya xəbərləri Materials 18 Avqust 2023 10:22 (UTC +04:00)
Türkiyənin İzmir limanı 900-dən çox gəmi qəbul edib

Bakı. Trend:

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin İzmir limanı 939 gəmi qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, qeyd edilən müddət ərzində Türkiyənin İzmir limanı Türkiyə bayrağı altında üzən 154, digər ölkələrin bayraqları altında üzən 785 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin iyul ayında Türkiyə limanları 5 min 606 gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 628, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 978 olub.

2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 34 min 444 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 23 min 728, Türkiyə bayrağı altında olan gəmilər isə 10 min 716 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti