...

Türkiyənin Aİ-yə üzvlüyünü dəstəkləyirik - Bolqarıstan XİN

Dünya xəbərləri Materials 22 Avqust 2023 14:08 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyirik.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Bolqarıstanın xarici işlər naziri Mariya Qabriel Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü zamanı keçirilən mətbuat konfransında deyib.

"Türkiyə Aİ-yə üzvlük prosesindədir. Bolqarıstan Aİ-yə üzv olan bir dövlət kimi, Türkiyənin bu təşəbbüsünü dəstəkləyir",- deyə Bolqarıstanın xarici işlər naziri bildirib.

Qeyd edək ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi üçün Türkiyənin də Avropa İttifaqına üzv olmasının lazım olduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti