...

Türkiyənin Ədalət və İnkişaf partiyasının Mərkəzi Qərar Şurasının iclası keçiriləcək

Dünya xəbərləri Materials 28 Avqust 2023 13:01 (UTC +04:00)
Türkiyənin Ədalət və İnkişaf partiyasının Mərkəzi Qərar Şurasının iclası keçiriləcək

Bakı. Trend:

Bu gün Türkiyənin Ədalət və İnkişaf partiyasının (AK Parti) Mərkəzi Qərar Şurasının (MKYK) iclası keçiriləcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Parti Mərkəzi Qərar Şurasının toplantısına sədrlik edəcək. İclasda qurultay və yerli seçkilərə hazırlıqla yanaşı, daxili və xarici hadisələrin də müzakirə olunacağı gözlənilir.

AK Partinin umumi mərkəzində keçiriləcək toplantının saat 14:00-da başlaması gözlənilir.

AK Partidə Fövqəladə Böyük Qurultay hazırlıqları davam edir. Prezident Ərdoğanın sədrliyi ilə oktyabrın 7-də keçirilməsi planlaşdırılan qurultay fəaliyyətləri müzakirə olunacaq.

Yerli seçkilər də gündəmdə olacaq.

Mərkəzi Qərar və İdarə Heyətinin yığıncağında xüsusilə iqtisadiyyatdakı son vəziyyət, terrorla mübarizə və xarici siyasətdəki inkişaflar da qiymətləndiriləcək.

Yığıncaqdan sonra AK Parti sözçüsü Ömər Çelikin açıqlama verməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti