Bakı. Trend:
Kiyevin iki rayonunda partlayış yerində yanğın baş verib.
Trend-in məlumatına görə, bu barədə şəhərin meri Vitali Kliçko xəbər verib.
"Yanğın-xilasetmə xidməti Darnitsk rayonunda və Şevçenko rayonunda yanğını söndürürlər, burada inzibati binada yanğın başlayıb", - o Teleqram kanalında yazıb.
Qeyd edək ki, ötən gecə Kiyev yaxınlığında partlayışlar olub.
Ukraynanın böyük hissəsində, o cümlədən Kiyevdə hava həyəcanı elan edilib.