...

BMT-nin baş katibi Qabonda çevriliş cəhdini pisləyib

Dünya xəbərləri Materials 31 Avqust 2023 00:21 (UTC +04:00)
BMT-nin baş katibi Qabonda çevriliş cəhdini pisləyib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş Qabonda dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyib və bütün tərəfləri problemi sülh yolu ilə həll etməyə çağırıb.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü brifinq zamanı baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib.

“Baş katib Qabondakı hadisələri diqqətlə izləyir", - deyə o əlavə edib.

Onun sözlərinə görə, Quterreş bu prosesdəki bütün tərəfləri təmkinli olmağa, inklüziv və konstruktiv dialoqda iştirak etməyə, insan hüquqlarına və hüquq normalarına riayət olunmasını təmin etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti