...

Hakan Fidan sabah Sergey Şoyqu ilə görüşəcək

Dünya xəbərləri Materials 31 Avqust 2023 19:55 (UTC +04:00)
Hakan Fidan sabah Sergey Şoyqu ilə görüşəcək

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla birlikdə jurnalistlərə verdiyi açıqlamada bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin görüşü zamanı təqdim ediləcək brifinq üçün ilkin hazırlıqları həyata keçirdiklərini qeyd edən Fidan dövlət başçılarının görüşü zamanı taxıl sazişi ilə bağlı məsələyə daha strateji prizmadan baxılacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti