...

İzmirdə meşə yanğını baş verib

Dünya xəbərləri Materials 2 Sentyabr 2023 20:56 (UTC +04:00)
İzmirdə meşə yanğını baş verib

Bakı. Trend:

İzmirin Qaziemir rayonunda Nəqliyyat Məktəbi ətrafında meşə yanğını baş verib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Meşə Regional Müdirliyi bildirib.

Yanğınsöndürənlərin cəlb edildiyi bölgədə yanğına iki təyyarə, beş helikopter, 12 çiləyici, dörd su təchizatı maşını və dörd dozerlə müdaxilə edilib.

Təxminən 1 saat davam edən işdən sonra yanğın nəzarət altına alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti