...

Ankara ilə İzmir arasındakı məsafə 14 saatdan 3,5 saata enəcək – Uraloğlu

Dünya xəbərləri Materials 2 Sentyabr 2023 22:33 (UTC +04:00)
Ankara ilə İzmir arasındakı məsafə 14 saatdan 3,5 saata enəcək – Uraloğlu

Bakı. Trend:

Ankara ilə İzmir arasındakı məsafə 14 saatdan 3,5 saata enəcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Nazir Uraloğlu Ankara-İzmir Yüksək Sürətli Qatar Layihəsi ilə bağlı açıqlama verib.

“Eşmə ilə Salihli arasındakı 3 min 47 metr uzunluğundakı "T1" tuneli türk podratçı və mühəndislərinin nəyə nail ola biləcəyini dünyaya göstərdi. Bu tunel iki şəhər arasında səyahət müddətinin 3 saat 30 dəqiqəyə endirəcək”, – deyə Uraloğlu bildirib.

O qeyd edib ki, Eşmə ilə Salihli arasındakı hissənin uzunluğu 22 min 730 metr olan 25 tunellə xəttin ən çətin hissələrindən biridir və buradakı 25 tuneldən 7-si tamamlanıb.

“T1” tuneli 3 min 47 metr uzunluğu ilə Eşme-Salihli arasındakı ən uzun və Türkiyədə TBM (tunel açma maşını) ilə açılan ən böyük diametrə sahib tuneldi”, – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti