Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyaya səfər edib.
Trend xəbər verir ki, Türkiyə liderinin təyyarəsi Soçinin hava limanına enib.
Qeyd edək ki, Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə səfər edib.
Putin-Ərdoğan danışıqlarının Moskva vaxtı ilə saat 13:00-da başlayacağı bildirilib.
xxx
12:14
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə yola düşüb.
Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə,Türkiyə prezidentinin rusiyalı həmkarı ilə görüşü zamanı hər iki ölkə arasında ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək, aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq.