Bakı. Trend:
Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Almaniyaya sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 faiz azaldaraq 182,8 milyon dollara çatdırıb.
Trend TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Avqust ayında Türkiyə Almaniyaya sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 24,5 faiz azaldaraq 21,3 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz azalaraq, 3,2 milyard dollara bərabər olub.
Bu ilin avqust ayında Türkiyə 395,7 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 16,5 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 4,9 milyard dollar məbləğində sement ixrac edib.