...

Bu ölkə Liviyaya 30 ton humanitar yardım göndərdi

Dünya xəbərləri Materials 14 Sentyabr 2023 19:33 (UTC +04:00)
Bu ölkə Liviyaya 30 ton humanitar yardım göndərdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Hərbi Hava Qüvvələrinə məxsus iki yük təyyarəsi Liviyaya 30 ton humanitar yardım çatdıracaq.

Trend xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

"Çəkisi 30 ton olan humanitar yardıma çadır, səyyar yataq, yorğan, döşək və elektrik generatorları daxildir", - məlumatda qeyd edilib.

Qeyd edək ki, bundan əlavə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi daşqınlardan zərər çəkmiş liviyalıların ehtiyacları üçün 4 milyon avro ayıracaq.

Xatırladaq ki, sentyabrın 10-da Liviyanı cənginə alan “Daniel” siklonu ölkənin şərq rayonlarına son 40 ilin ən güclü yağışlarını gətirib. Nəticədə Binqazi, Beyda, Merc, Suse və Derna şəhərlərinə ciddi zərər dəyib. Təbii fəlakət minlərlə insanın həyatına son qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti