...

İzmirdə TEKNOFEST keçiriləcək

Dünya xəbərləri Materials 25 Sentyabr 2023 00:45 (UTC +04:00)
İzmirdə TEKNOFEST keçiriləcək

Bakı. Trend:

Sentyabrın 27-dən oktyabrın 1-dək Türkiyənin İzmir şəhərində TEKNOFEST keçiriləcək.

Trend xəbər verir ki, dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalına ciddi hazırlıq işləri görülür.

Beş gün davam edəcək TEKNOFEST-i bir milyondan çox insanın ziyarət edəcəyi gözlənilir.

Texnologiya yarışmaları, hava şouları, mükafatlandırma mərasimləri, elmi şoular, maarifləndirici seminarlar, sərgilər, səhnə oyunları, uşaqlar üçün xüsusi uçuş təcrübələri ziyarətçilərə macəra yaşadacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti