...

"Pfizer" Qazaxıstanda hasilatı lokallaşdırır

Dünya xəbərləri Materials 25 Sentyabr 2023 22:20 (UTC +04:00)
"Pfizer" Qazaxıstanda hasilatı lokallaşdırır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın "Pfizer" əczaçılıq şirkəti istehsalı Qazaxıstanda lokallaşdırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu istiqamətdə BMT Baş Assambleyasının 78-ci sessiyasının səhiyyə məsələləri üzrə iclasında Qazaxıstan nümayəndə heyətinə Qazaxıstanın səhiyyə naziri Ajar Giniyat başçılıq edib.

İşgüzar səfər çərçivəsində Qazaxıstan nümayəndə heyəti "Pfizer" şirkətinin regional prezidenti Patrik van der Loo ilə görüşüb. Bu görüş Qazaxıstan prezidentinin 2022-ci ilin sentyabrında Nyu-Yorka işgüzar səfəri zamanı bağlanmış Əməkdaşlıq Memorandumunun həyata keçirilməsi istiqamətində atılan addımlardan biri olub.

İndi tərəflər 2025-ci ilə qədər nəzərdə tutulan birgə investisiya layihələrinin həyata keçirilməsi üzrə ətraflı addımları nəzərdən keçirib, qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını və birgə planların uğurla həyata keçirilməsinə əminliklərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti