...

Səudiyyə Ərəbistanının nümayəndə heyəti 30 il ərzində ilk dəfə İordan çayının qərb sahilinə gəlib

Dünya xəbərləri Materials 26 Sentyabr 2023 17:01 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının rəsmilərindən ibarət nümayəndə heyəti 30 il ərzində ilk dəfə olaraq İordan çayının qərb sahillərinə gəlib.

Trend xəbər verir ki, bu barədə "Frans-Press" agentliyi yerli məmura istinadən məlumat paylaşıb.

Bildirilib ki, nümayəndə heyətinin tərkibində Səudiyyə Ərəbistanının Fələstindəki yeni səfiri Naif əl-Sudeyri də olub. Onun Fələstin prezidenti Mahmud Abbas etimadnamə təqdim etməli olduğu qeyd edilib.

Etimadnamələrin bir nüsxəsi Fələstinin xarici işlər naziri Riyad əl-Maliki tərəfindən qəbul edilib. Daha sonra diplomatik nümayəndə Ramallah şəhərinə yola düşüb.

Xəbər lenti

Xəbər lenti