...

Rusiya XİN Ermənistanı hədələdi

Dünya xəbərləri Materials 28 Sentyabr 2023 17:39 (UTC +04:00)
Rusiya XİN Ermənistanı hədələdi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun Ermənistan tərəfindən ratifikasiyası Ermənistanla Rusiya arasında ikitərəfli münasibətlərdə ən mənfi nəticələrə səbəb olacaq.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi açıqlama verib.

Nazirliyin məlumatına görə, İrəvan Moskvanın Roma statutu ilə bağlı cavab təklifini nəzərə almayıb.

"Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın ali rəhbərinin həbsinə order verdiyi halda, bu strukturun Roma statutunun ratifikasiyasının qəbuledilməz olduğuna dair mövqeyimiz əvvəlcədən erməni tərəfdaşlarımızın diqqətinə çatdırılıb. İrəvanın ikitərəfli saziş imzalamaq barədə təşəbbüsü gözdən keçirildi, Moskva hər iki tərəf üçün uyğun ola biləcək kompromis variant təklif etdi. Lakin əfsuslar olsun ki, bu variant nəzərə alınmadı və Ermənistan Roma statutunu ratifikasiya etmək qərarı qəbul etdi. Bu ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq", - Rusiya XİN-dən bildiriblər.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya üçün parlamentə göndərib. Roma statutu Ermənistan parlamenti tərəfindən ratifikasiya olunacağı təqdirdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası Ermənistan hökuməti üçün məcburi xarakter daşıyacaq.

Qeyd edək ki, Haaqa tribunalı Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Roma statutu ratifikasiya olunarsa Putin Ermənistan ərazisinə səfər edə bilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti