...

Türkiyədə 2 avtobus toqquşdu - Yaralananlar var

Dünya xəbərləri Materials 30 Sentyabr 2023 17:46 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Kahramanmaraş şəhərində 2 sərnişin avtobusu toqquşub.

Trend xəbər verir ki, hadisə nəticəsində 9 nəfər yaralanıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Məlumata görə, xəsarət alanlardan 1-i sürücü, 8-i sərnişinlərdir. Yaralıların sayının artacağı istisna edilmir.

Qeyd edək ki, bu gün Türkiyənin Amasya şəhərinin Merzifon rayonunda sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 6 nəfər ölüb, 35 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti