...

İnkişaf Yolu Layihəsi 2028-ci ildə tamamlanacaq – Abdulkadir Uraloğlu

Dünya xəbərləri Materials 1 Oktyabr 2023 00:32 (UTC +04:00)
İnkişaf Yolu Layihəsi 2028-ci ildə tamamlanacaq – Abdulkadir Uraloğlu

Bakı. Trend:

İnkişaf Yolu Layihəsi 2028-ci ildə tamamlanacaq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Bağdadda İraq rəsmiləri ilə görüş zamanı deyib.

“Bizim İraqda bu işin mümkün qədər tez görülməsi iradəsini yaxından görmək imkanımız oldu. Bu, əvvəlcə iki ölkənin, daha sonra Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi dörd ölkənin bu iş üçün əsas məsuliyyəti öz üzərinə götürməsi ilə başlayan bir prosesdir. Qiymətləndirdik ki, əgər qonşu ölkələrdən iştirak və dəstək xahişi olarsa, buna da qapılarımız açıqdır” – deyə Uraloğlu bildirib.

O qeyd edib ki, İnkişaf Yolu Layihəsi çərçivəsində İraq ərazisində görüləcək iş 1 200 kilometri əhatə edir.

“Türkiyə sərhədləri daxilində olan hissə təxminən 1600 - 1700 kilometrdir. Biz əslində görməli olduğumuz işlərin çoxunu görmüşük. Görülməli olan işlərlə bağlı tez hərəkət etmək lazımdır. Çünki alternativ yollar da irəli sürülüb. Burada daha yüksək səviyyəli yanaşma var və biz də bunu dəstəkləyirik. Fav Portun birinci mərhələsi 2025-ci ildə həyata keçiriləcək. Lakin biz bütün layihənin 2028-ci ildə tamamlana biləcəyini proqnozlaşdırırıq” – deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti