Bakı. Trend:
Tayvanın Mərkəzi Meteorologiya İdarəsi “Koinu” qasırğasının yaxınlaşması ilə əlaqədar fırtına xəbərdarlığı edib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, tayfun Tayvanın ən cənub nöqtəsi - Eluanbi burnundan 410 km cənub-şərqdə olub. Küləyin sürəti 53 m/s-ə çatır.
Meteoroloqlar qeyd edirlər ki, “Koinu” cümə axşamı gecəsi adanın cənub-şərq sahillərinə düşəcək.
Eyni zamanda çərşənbə günü səhər saatlarında Pindun, Taydun və Hualyan əyalətlərində güclü yağışlar və güclü küləklər başlayacaq.