...

Sakit okeanda yaranan "Lidiya" qasırğası 4-cü kateqoriyaya yüksəlib

Dünya xəbərləri Materials 11 Oktyabr 2023 06:11 (UTC +04:00)
Sakit okeanda yaranan "Lidiya" qasırğası  4-cü kateqoriyaya yüksəlib

Bakı. Trend:

Sakit okeanda əmələ gələn "Lidiya" qasırğası Saffir-Simpson şkalası üzrə dördüncü kateqoriyaya yüksəlib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Qasırğa İzləmə Mərkəzi bildirib.

Məlumata əsasən, qasırğa daxilində küləyin sürəti təxminən 61 m/s təşkil edir.

"Lidiya" qasırğası hazırda Meksikanın Puerto-Vallarta şəhərindən 175 km cənub-qərbdə yerləşir və 26 km/saat sürətlə şimal-şərqə doğru hərəkət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti