...

Lui Bono Ermənistana gedib - Mirzoyanla görüşdü

Dünya xəbərləri Materials 11 Oktyabr 2023 14:13 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistana səfər edib.

Trend xəbər verir ki, o, səfər çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Görüşdə Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib.

Xatırladaq ki, 9 oktyabr tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regiondakı mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti