...

HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı ARTIR

Dünya xəbərləri Materials 12 Oktyabr 2023 11:36 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 1300 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə “The Times of İsrael” məlumat yayıb.

Bildirilib ki, müharibə başlayandan bəri 3300 nəfər yaralanıb. Onlardan 28 nəfərinin vəziyyəti çox ağır, 350 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Eyni zamanda 150 nəfərin HƏMAS tərəfindən girov götürüldüyü vurğulanıb.

Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HƏMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar. Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti