Bakı. Trend:
ABŞ-ın müdafiə naziri Lloyd Ostin oktyabrın 13-də İsrailə səfər edəcək.
Trend-in məlumatına görə, L.Ostin İsrailin Baş naziri Benyamin Netanyahu və kabinetin digər üzvləri ilə görüşəcək.
“O, İsrail liderləri ilə onların əməliyyat planları və bu münaqişə ilə bağlı məqsədləri barədə ətraflı danışmağı səbirsizliklə gözləyir”, - deyə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi jurnalistlərə deyib.