...

Şimali Koreya ABŞ-ni aviadaşıyıcı gəmisinə zərbə endirməklə hədələyib

Dünya xəbərləri Materials 13 Oktyabr 2023 10:49 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Koreya ABŞ-ni Koreya yarımadasındakı strateji obyektlərinə güclü və sürətli zərbə endirməklə hədələyib.

Trend xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyində (KCNA) dərc olunan məqalədə deyilir.

"ABŞ-nin Koreya yarımadasındakı hətta əsas bazalarına və ətrafına belə ən güclü və sürətli ilkin zərbə endirəcəyik", - məqalədə deyilir.

Şimali Koreya agentliyinin bu şərhləri ABŞ-nin "USS Ronald Reagan" aviadaşıyıcı gəmisini də cəlb etməklə Cənubi Koreya ilə birgə keçirdiyi təlimlərə cavab olaraq qiymətləndirilir.

Pxenyan ABŞ-nin daima hərbi toqquşma ehtimalının olduğu Koreya yarımadasına müxtəlif nüvə strateji vasitələri göndərməsini açıq hərbi təxribat adlandırıb.

Qeyd edək ki, "USS Ronald Reagan" cümə axşamı Cənubi Koreyanın Pusan hərbi dəniz bazasına gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti