Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya rəsmi səfər edəcək.
Trend xəbər verir ki, bu barədə məlumat Rusiyanın Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Bildirilib ki, Lavrov 18-19 oktyabr tarixlərində Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyinin dəvəti ilə KXDR-ə səfər edəcək.
Xatırladaq ki, bu il sentyabrın ortalarında Şimali Koreya lideri Kim Çen In Rusiyaya rəsmi səfər edib. Rusiya prezidenti Vladimir Putin Kim Çen In ilə Uzaq Şərqdə danışıqlar aparıb.
Rusiya prezidenti Dmitri Peskovun verdiyi məlumata görə, Rusiya və Şimali Koreya liderləri danışıqlarda ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.