...

Türkiyənin ilk astronavtı olmaq məsuliyyətini daşıyıram – Alper Gezeravcı

Dünya xəbərləri Materials 17 Oktyabr 2023 06:19 (UTC +04:00)
Türkiyənin ilk astronavtı olmaq məsuliyyətini daşıyıram – Alper Gezeravcı

Bakı. Trend:

Türkiyənin ilk astronavtı olmaq məsuliyyətini daşıyıram.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ilk astronavtı Alper Gezeravcı deyib.

Axiom Mission 3 (Ax-3), Beynəlxalq Kosmik Stansiyaya (BKS) ilk ümumavropa kommersiya astronavtı missiyası, ilk dəyirmi masa görüşü astronavtlar Maykl Lopez-Aleqria, Valter Villadei, Markus Vandt və Türkiyədən uçuşa qoşulan ilk kosmos səyahətçisi Alper Gezeravcının iştirakı ilə onlayn şəkildə keçirilib.

Avropa və ABŞ mətbuatından çoxlu jurnalistin iştirakı ilə keçirilən görüşdə astronavtlar missiyaları ilə bağlı suallarını bölüşüblər.

“Tariximizdə ilk dəfə keçirilən bu missiyada ölkəmi təmsil edə bilmək məsuliyyəti və imtiyazı daşıyıram. Tək özüm üçün deyil, türk gənc nəslinin gələcəyi üçün mənə bu şansı verdiyi üçün ölkəmə minnətdaram”, – deyə o qeyd edib.

Gezeravcı bildirib ki, Türkiyə Hərbi Hava Qüvvələrində və Türk Hava Yollarında 20 ildən çox uçuş təcrübəsinə malikdir.

Missiya rəhbəri Maykl Lopez-Aleqria qeyd edib ki, missiya ABŞ və Avropa ölkələri arasında əməkdaşlığın əhəmiyyətli dərəcədə artmasını əks etdirir və digər dövlətlər də bu missiyadan ruhlanmalı və bu imkanlardan istifadə etməlidirlər.

Məlumat üçün qeyd edək ki, ekipaj aprelin sonundan intensiv təlimlər keçir.

Lopez-Aleqria bildirib ki, astronavtlar yanvar ayında yola düşməyə hazır olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti