...

“X” şəbəkəsinə abunəlik planı təkmilləşdirilir

Dünya xəbərləri Materials 23 Oktyabr 2023 19:53 (UTC +04:00)
“X” şəbəkəsinə abunəlik planı təkmilləşdirilir
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"X" sosial şəbəkəsinin sahibi İlon Mask gəlirləri artırmaq və botlarla mübarizə aparmaq üçün iki yeni ödənişli abunə səviyyəsini işə salmaq planını açıqlayıb.

Trend xəbər verir ki, platforma rəhbəri bildirib ki, bir variant reklamsız girişi təmin edəcək, daha ucuz variantda isə eyni xüsusiyyətlər mövcud reklam xidməti ilə birgə təklif olunacaq.

Maskın sözlərinə görə, bu, botlarla mübarizədə təsirli üsul olacaq.

Şirkət artıq istifadəçilərə tvitləri redaktə etməyə, daha az reklam görməyə və yazılarını tanıtmağa imkan verən ayda 8 dollarlıq “X Premium” abunə xidməti təklif edir.

Qeyd edək ki, oktyabrın 18-də CNBC “X”-in Yeni Zelandiya və Filippindəki yeni müştərilərdən botlarla mübarizə proqramının test nümunəsi üçün ildə 1 dollar almağa başladığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti