Bakı. Trend:
İsrail hərbçiləri ölkənin şimal sərhədində hücuma keçməyə hazırdır.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.
Baş Qərargah rəisinin açıqlamaları İsrail ərazisinin Livandan davam edən atəşə tutulması fonunda verilib.
“Biz hər an şimalda hücuma keçməyə hazırıq, bunun baş verə biləcəyini anlayırıq və burada müdafiənin güclü olduğuna inanırıq”, - deyə Halevi bildirib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.