...

"KUZGUN" raketləri Türkiyə ordusunun inventarına daxil ediləcək

Dünya xəbərləri Materials 7 Noyabr 2023 14:30 (UTC +04:00)
"KUZGUN" raketləri Türkiyə ordusunun inventarına daxil ediləcək

Bakı. Trend:

Türkiyənin TÜBİTAK Müdafiə Sənayesi Araşdırma və İnkişaf İnstitutunun (SAGE) təşəbbüsü ilə daxili bir layihə olaraq başladılan "KUZGUN" raketləri 2024-cü ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxl ediləcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır açıqlama verib.

“İnkişaf etdirdiyimiz milli hava raketləri Gökdoğan və Bozdoğan, PUA, həmçinin, pilotsuz dəniz vasitəsi platformalarından atılacaq yeni nəsil raket ailəsi "KUZGUN" 2024-cü ildə Türk Silahlı Qüvvələrimizin inventarına daxil ediləcək", - deyə o bildirib.

Məlumat üçün bildirək ki, "KUZGUN" Sursat Layihəsi Türkiyənin TÜBİTAK Müdafiə Sənayesi Araşdırma və İnkişaf İnstitutunun (SAGE) təşəbbüsü ilə daxili bir layihə olaraq başladılıb. Çox atış və sürü hərəkəti qabiliyyətinə malik "KUZGUN" sursatının hədəf profilində; Səyyar suüstü gəmi və katerlər, hərbi şəhərciklər, səyyar hərbi hissələr, sığınacaqlar, stasionar və mobil hava hücumundan müdafiə batareyaları, yüngül zirehli maşınlar və konvoylar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti