...

Ermənistan Hindistandan PUA əleyhinə sistem alacaq - KİV

Dünya xəbərləri Materials 8 Noyabr 2023 15:27 (UTC +04:00)
Ermənistan Hindistandan PUA əleyhinə sistem alacaq - KİV
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Hindistandan pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün sistem alacaq.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Ermənistan Hindistandan yerli istehsal olan “Zen” PUA əleyhinə sistemin alınması ilə bağlı dəyəri 41,5 milyon dollar olan müqavilə imzalayıb.

Müqaviləyə sistemin alınması və hərbi kadrların hazırlanması üçün vəsait daxildir.

Xatırladaq ki, 2022-ci ildə Hindistan Ermənistanla “Pinaka” raket sistemi, tank əleyhinə və digər döyüş sursatlarının tədarükünə dair 250 milyon dollarlıq müqavilə imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti