...

İlin əvvəlindən indiyədək 2 min terrorçu zərərsizləşdirilib - Türkiyə Prezidenti

Dünya xəbərləri Materials 21 Noyabr 2023 07:22 (UTC +04:00)
İlin əvvəlindən indiyədək 2 min terrorçu zərərsizləşdirilib - Türkiyə Prezidenti

Bakı. Trend:

İlin əvvəlindən indiyədək bəziləri lider səviyyəsində olmaqla təxminən 2 min terrorçunu zərərsizləşdirdik. Gecə qəfil gələ biləcəyimiz xəbərdarlığımız dünən olduğu kimi, bu gün də qüvvədədir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

“Terrorçular tökdükləri hər damla qana görə cavab verəcəklər. Son terrorçu məhv olana qədər sərhədlərimiz daxilində və xaricində bu mübarizəni davam etdirəcəyik. Onlar ölkəmiz üçün təhlükə mənbəyidir”,- deyə Türkiyə Prezident vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti