Bakı. Trend:
Avstraliya polisi Melburn dəniz limanında dəyəri 40 milyon dollardan çox olan böyük partiyada kokain müsadirə edib.
Trend xəbər verir ki, bu barədə Avstraliya Federal Polisi məlumat yayıb.
Məlumata görə, 154 kiloqram ağırlığında narkotik Cənubi Amerikadan gələn yük gəmisinin korpusunun aşağı hissəsində gizlədilib.
Bundan başqa, yükü göndərəni və təyinat nöqtəsini də aşkarlamağa kömək edəcək izləmə qurğusu aşkarlanaraq müsadirə olunub.
Polisdən bildiriblər ki, narkotiklərin axtarışı üçün sualtı pilotsuz uçuş aparatından istifadə olunub.
(Tərcümə: Rəna Əbdürəhmanova)