...

Antalyada fırtına bir qayığın batmasına səbəb olub

Dünya xəbərləri Materials 26 Noyabr 2023 16:51 (UTC +04:00)
Antalyada fırtına bir qayığın batmasına səbəb olub

Bakı. Trend:

Türkiyənin turizm paytaxtı Antalyada hava şəraiti şəhərin gündəlik həyatına mənfi təsir göstərib.

Trend-in məlumatına görə, bölgədəki fırtınanın yaratdığı nəhəng dalğalar nəticəsində Marinada bir qayıq batıb.

Bundan əlavə, Akdeniz bulvarında bəzi yerlərdə nəqliyyatın hərəkəti çətinləşib.

Şəhər polisi sahil zolağı ilə hərəkət edənlərə diqqətli olmaları barədə xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti