Bakı. Trend:
Qarabağdakı separatçı rejimin Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayan 44 günlük müharibəni araşdıran komissiyanın iclasında iştirak üçün dəvət alıb.
Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Babayanın iştirakı ilə noyabrın 29-da komissiyanın iclası keçiriləcək. İclasın açıq və ya qapalı olacağı hələlik məlum deyil.