Bakı. Trend:
Ermənistan istehsalı olan ilk kosmik peyk "Hayasat-1" orbitə çıxarılıb.
Trend xəbər verir ki, peyk Kaliforniyadakı "Vandenberq" Hərbi Hava Qüvvələri bazasından "Speys X" şirkətinə məxsus "Falkon-9" raketi ilə orbitə çıxarılıb.
"Hayasat-1" adlandırdıqları bu peyk 517 km yüksəklikdə dövr edəcək.
Qeyd edilir ki, peyk buraxılışı noyabrın 29-a nəzərdə tutulsa da, bu gün, yəni dekabrın 1-də kosmosa göndərilib.