...

Hindistan havanın çirkləndirilməsinə qarşı tədbir görəcək

Dünya xəbərləri Materials 2 Dekabr 2023 03:57 (UTC +04:00)
Hindistan havanın çirkləndirilməsinə qarşı tədbir görəcək

Bakı. Trend:

Hindistan hər il payız fəslində boğulur. Noyabrın əvvəlindən Nyu-Dehli çirkləndirmələrin zəhərli dumanı altında olur.

Trend-in məlumatına görə, Hindistan hökuməti havanın çirkləndirilməsinə qarşı mübarizə aparmaq üçün süni yağışın tətbiqi imkanlarını nəzərdən keçirir. Yerli hakimiyyət orqanları hər hansı ovsunlamaya üz tutmayaraq, bulud “səpmək” niyyətindədirlər. Bu elmi üsul yağış şəklində kondensasiyanı əmələ gətirmək üçün buludlarda natrium yodid və ya duzun tozlandırılmasını nəzərdə tutur.

Duzlu qarışığın ölkə paytaxtı üzərində tozlandırılmasına Kanpurdakı Hindistan Texnologiya İnstitutunun alimləri kömək edəcək.

Hindistanda zavodların, nəqliyyat vasitələrinin və yaxın rayonlarda fermerlərin fəaliyyəti nəticəsində əmələ gələn yanğınların yaratdığı tullantılar nəticəsində çirklənmə həddi qışın gəlməsi ilə artır: daha soyuq hava çirklənməni saxlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti