...

Vaşinqton məhkəməsi Trampın Kapitoliyə hücumu ilə bağlı vəsatətini rədd edib

Dünya xəbərləri Materials 2 Dekabr 2023 07:03 (UTC +04:00)
Vaşinqton məhkəməsi Trampın Kapitoliyə hücumu ilə bağlı vəsatətini rədd edib

Bakı. Trend:

Kolumbiya Dairə Federal Məhkəməsi ABŞ-ın sabiq prezidenti Donald Trampın 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumla bağlı işə xitam vermək vəsatətini rədd edib.

Trend-in məlumatına görə, bu barədə məhkəmənin elektron məlumat bazasında yerləşdirilən sənədlərlə qeyd olunub.

Bundan əvvəl prezident seçkilərində uduzmasına baxmayaraq, hakimiyyəti qoruyub saxlamağa cəhd etməkdə ittiham olunan D.Tramp məhkəmə təqibindən toxunulmazlığına əsaslanaraq, işin dayandırılması barədə vəsatət qaldırmışdı.

Bundan əlavə, o, xüsusilə, söz və sərbəst toplaşmaq azadlığını təmin edən ABŞ Konstitusiyasına Birinci Düzəliş əsasında işin dayandırılması barədə vəsatət qaldırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti