...

ÜST Avropada ən sürətlə artan İİV epidemiyasını elan edib

Dünya xəbərləri Materials 2 Dekabr 2023 10:11 (UTC +04:00)
ÜST Avropada ən sürətlə artan İİV epidemiyasını elan edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropada dünyada ən sürətlə yayılan İİV epidemiyası (İnsanın İmmunçatışmazlığı Virusu) müşahidə edilir, baxmayaraq ki, regionda xəstəliklə mübarizə aparmaq üçün bütün vasitələr mövcuddur.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional bürosunun direktoru Hans Kluge məlumat verib.

“Avropa regionunda insanların 50 faizində diaqnoz gec qoyulur. İnsanlar tibbi yardıma çox gec müraciət edirlər. 10 ildir ki, bu tendensiya dəyişmir. Regionumuzun bir sıra ölkələrində ölüm göstəriciləri qəbuledilməz dərəcədə yüksəkdir, digərlərindəisə İİV-ə yoluxma demək olar ki, tamamilə dayandırılıb.

ÜST-nin Avropa Regionunda diaqnostika, müalicə və yoluxmanın qarşısını almaq üçün mövcud resurslar və texnologiyalarla heç kimdə İİV inkişaf etməməli, xüsusən də, heç kim bu xəstəlikdən ölməməlidir”, - deyə o, bildirib.

Qeyd edək ki, hər il dekabrın 1-də Ümumdünya İİV-lə Mübarizə Günü qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti