...

ABŞ Türkiyə və Yunanıstanı qarşı-qarşıya qoymağa çalışır - Ərdoğan

Dünya xəbərləri Materials 2 Dekabr 2023 16:00 (UTC +04:00)
ABŞ Türkiyə və Yunanıstanı qarşı-qarşıya qoymağa çalışır - Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan və Türkiyə bu qədər yaxın və keçmişi ilə bir-birinə bağlı iki ölkə olduğu halda hələ də düşmənlik mövqeyini qızışdıran çağırışlarla eyni istiqamətdə hərəkət etməsi düzgün deyil.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasından qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

"Digər tərəfdən, bizi kim qəzəbləndirir? Bu məqamda baxdığımız zaman bəzi insanlar, xüsusilə Amerika Birləşmiş Ştatları bizi bir-birimizə qarşı qoymağa çalışır.

Bizə pul ödədiyimiz halda F-16-lar verilməsə də, Yunanıstana hələ də F-16 və sursat göndərirlər. Amerika bunu edir deyə biz geri çəkilməyəcəyik. Qonşumuza baş çəkirik, oturub söhbət edirik. Bir-birimizin mənafeyinə xələl gətirəcək rəftarlarla məşğul olmasaq, problem yoxdur. Yolumuza olduğu kimi davam edirik. Təbii ki, fikir ayrılıqlarımız var və elə dərin məsələlər var ki, onları bir anda həll etmək mümkün deyil. Bununla belə, bizim dərhal həll edə biləcəyimiz və əməkdaşlığın əsasını genişləndirəcək məsələlər də var", - deyə o bildirib.

Ərdoğan qeyd edib ki, digər tərəfdən, bizi kim qəzəbləndirir? Bu məqamda baxdığımız zaman bəzi insanlar, xüsusilə Amerika Birləşmiş Ştatları bizi bir-birimizə qarşı qoymağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti