Bakı. Trend:
Kuba prezidenti Migel Dias-Kanel İrana rəsmi səfər edəcək.
Trend xəbər verir ki, Kuba liderinin İran prezidenti İbrahim Rəisinin rəsmi dəvəti ilə təşkil olunan səfəri dekabrın 3-də başlayacaq.
Bu, Fidel Kastronun Tehrana səfər etdiyi 2001-ci ildən bəri Kuba prezidentinin İrana ilk səfəridir.