...

ABŞ gələn il orbitə 20-dən çox hərbi məqsədli peykin buraxılmasını planlaşdırır

Dünya xəbərləri Materials 3 Dekabr 2023 04:31 (UTC +04:00)

Bakı. Trend:

ABŞ növbəti ildə orbitə kəşfiyyat-tədqiqat xarakterli ən az 6 peykin buraxılmasını planlaşdırır.

Trend xəbər verir ki, bu barədə məlumatı ABŞ Kosmik Komandanlığı (AKK) yayıb.

Ümumilikdə isə orbitə kəşfiyyat-tədqiqat təyinatlı, raket hücumu ilə bağlı xəbərdarlıq və rabitə sistemləri ilə təchiz olunmuş 21 hərbi peykin çıxarılması nəzərdə tutulur.

Cari ildə Pentaqon kosmik fəzaya 12 hərbi peyk buraxıb.

Xəbər lenti

Xəbər lenti