...

İndoneziyada vulkan püskürməsi nəticəsində 11 nəfər ölüb

Dünya xəbərləri Materials 4 Dekabr 2023 09:46 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyanın Sumatra adasında vulkan püskürməsi nəticəsində 11 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi xilasetmə xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, 3 nəfər sağ tapılıb, 12 nəfər itkin düşüb.

Xatırladaq ki, dekabrın 3-də İndoneziyanın Sumatra adasında Marapi vulkanı püskürməyə başlayıb. İlkin məlumatlara görə, vulkan 15 min metr yüksəkliyə kül püskürüb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti