...

Kuba prezidenti 22 il ərzində ilk dəfə İrana səfər edib

Dünya xəbərləri Materials 4 Dekabr 2023 10:35 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Kuba prezidenti Migel Dias-Kanel 22 il ərzində ilk dəfə İrana səfər edib.

Trend xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, Dias-Kaneli İran prezidenti İbrahim Rəisi qəbul edib. Tərəflər danışıqların yekunlarına əsasən bir sıra saziş və əməkdaşlıq memorandumu imzalamağı planlaşdırır.

Qeyd edək ki, İrana sonuncu dəfə səfər edən Kuba lideri Fidel Kastro olub. O, 2001-ci ildə İslam Respublikasına səfər edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti