...

ABŞ İsraillə Qəzzada əməliyyatın vaxtını müzakirə edir

Dünya xəbərləri Materials 5 Dekabr 2023 01:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İsraillə Qəzza zolağında hərbi əməliyyatın müddətini müzakirə edir.

Trend-in məlumatına görə, bu barədə brifinq zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

"Xüsusilə bu hərbi əməliyyatın həssaslığını nəzərə alaraq, onun müddəti ilə bağlı müzakirələrimiz oldu. Bütün bunları sizə açıq şəkildə açıqlamağım mənə uyğun olmazdı. Lakin bu, İsraillə apardığımız məsləhətləşmələrin mövzusudur", - deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti