...

Nigeriyada PUA hücumu nəticəsində 30 mülki şəxs həlak olub

Dünya xəbərləri Materials 5 Dekabr 2023 02:30 (UTC +04:00)
Nigeriyada PUA hücumu nəticəsində 30 mülki şəxs həlak olub

Bakı. Trend:

Nigeriyanın Kaduna vilayətinin ən azı 30 kənd sakini ölkə ordusunun pilotsuz uçan aparatının zərbəsi nəticəsində həlak olub.

Trend-in məlumatına görə, bu barədə "France-Presse (AFP)" agentliyi yerli hakimiyyət orqanları və şahidlərə istinadən xəbər verib.

Bildirilib ki, pilotsuz uçuş aparatı terrorçularla mübarizə üçün nəzərdə tutulub. Məlumata əsasən, ölənlər arasında əsasən Mövludü (Məhəmməd Peyğəmbərin doğum günü) qeyd edən qadınlar və uşaqlar olub.

Bir neçə nəfərin öldüyünü təsdiqləyən Dövlət Təhlükəsizliyi Komissarı Samuel Aruvanın açıqlamasına görə, onlarla yaralı yerli xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti