Bakı. Trend:
İsrail Qəzza zolağının altındakı "HƏMAS"ın tunel sistemini Aralıq dənizindən vurulan su ilə basmaq planı hazırlayıb.
Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" nəşri bildirib.
Nəşrin ABŞ rəsmiləri arasında olan mənbələrinin bildirdiyinə görə, İsrail Müdafiə Qüvvələri keçən ay Qəzza şəhərində Əl-Şati qaçqın düşərgəsi yaxınlığında beş böyük su nasosu quraşdırıb.
Onların hər biri Aralıq dənizindən su götürə və tunellərə saatda minlərlə kubmetr su vura bilər.
Bildirilib ki, İsrail ötən ay ABŞ-a bu planla bağlı xəbərdarlıq edib. Lakin onun həyata keçirilib-keçirilməməsi ilə bağlı qərar hələ verilməyib.