...

Körfəz ölkələri Qəzzanın bərpası üçün pul ayıracaq

Dünya xəbərləri Materials 5 Dekabr 2023 20:26 (UTC +04:00)
Körfəz ölkələri Qəzzanın bərpası üçün pul ayıracaq

Bakı. Trend:

Dohada Körfəz Əməkdaşlıq Şurasının sammitində liderlər Qəzza zolağının bərpası üçün əlavə 1,6 milyard dollar ayırmağı vəd ediblər.

Trend xəbər verir ki, bu barədə təşkilatın katibliyinin saytında dərc olunan məlumatda bildirilib.

“Sammit iştirakçıları 2009-cu ildə yaradılan - Qəzza zolağının Yenidənqurulması üzrə Əməkdaşlıq Şurasının Proqramı çərçivəsində birbaşa ikitərəfli yardıma əlavə olaraq əlavə 1,646 milyard dollar ayırmağa vəd ediblər”, - bəyanatda qeyd olunub.

Liderlər Qətər, Misir və ABŞ-ın İsrail və HƏMAS arasında humanitar fasilə ilə bağlı razılaşmalara səbəb olan vasitəçilik səylərini də yüksək qiymətləndirib.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti