...

Dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyası istifadəyə verildi

Dünya xəbərləri Materials 6 Dekabr 2023 09:05 (UTC +04:00)
Dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyası istifadəyə verildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin dünyada ilk 4-cü nəsil atom elektrik stansiyasını (AES) işə salıb.

Trend xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Energetika İdarəsi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturlu qazla soyudulan reaktora malik “Shidaowan” qurğusu Şərqi Şandun əyalətində yerləşir. Qeyd olunub ki, AES 168 saat fasiləsiz sınaq rejimində işləyib və rəsmi olaraq kommersiya istismarına verilib.

"Bu, Çinin dördüncü nəsil nüvə enerjisi texnologiyalarının tədqiqi, inkişafı və tətbiqi sahəsində dünyanın aparıcı səviyyəsinə çatdığını göstərir", - idarənin saytında dərc olunan bəyanatda deyilir.

Qazla soyudulan reaktorun ən mühüm üstünlüyü onun elektrik enerjisi istehsalı sahəsində təhlükəsizliyidir və buna görə də belə atom elektrik stansiyalarının geniş perspektivləri var.

Xəbər lenti

Xəbər lenti