...

Almaniyada sığınacaq axtaranların sayı artıb

Dünya xəbərləri Materials 8 Dekabr 2023 06:33 (UTC +04:00)

Bakı. Trend:

2023-cü ilin yanvar-noyabr aylarında Almaniyaya 325 mindən çox sığınacaq müraciəti edilib.

Trend xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 faiz artım deməkdir.

Müraciətlərin əksəriyyəti Suriya (97,2 min), Əfqanıstan (50,3 min), İraq (11,5 min), İran (9,7 min), Gürcüstan (8,9 min) və Rusiya (8,4 min) vətəndaşlarından olub.

Qeyd edək ki, Almaniya hər gün qaçqınlara 1,5 milyon avrodan çox pul xərcləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti