...

Fransa parlamentindən yeni qərar: xoruzlar istədikləri vaxt banlayacaq

Dünya xəbərləri Materials 8 Dekabr 2023 19:39 (UTC +04:00)
Fransa parlamentindən yeni qərar: xoruzlar istədikləri vaxt banlayacaq
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Fransa parlamentində xoruzların kənd yerlərində istədikləri kimi banlamaq hüququnu qoruyan qanun qəbul edilib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Fransa parlamenti kəndlərdə qonşular arasında münaqişələrin qarşısını almaq üçün qanuni tənzimləmələr hazırlayıb.

Məlumata görə, məsələ sonradan kənddə məskunlaşan və xoruzların banlamasını dözülməz hesab edən şəhər sakinlərinin şikayətlərinin artmasından sonra gündəmə gəlib.

Qeyd edilir ki, fransız kənd mədəniyyətində xoruz milli simvollardan biridir və kənd yerlərində kənd həyatının bir hissəsi hesab edilir. Şəhər yerlərində xoruz çağırışları çox vaxt narahatedici amil kimi qəbul edilir. Yerli hökumət də qonşuların rahatlığını qorumaq üçün qaydalar tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti